Heyvan almağa getmişdi, 10 minini itirdi

heyvan-almaga-getmisdi-10-minini-itirdi
Oxunma sayı: 1870

Ağcabədi rayon sakini mal bazarında 10 min manat pul itirib. 

Bu barədə “Qafqazinfo”ya Ağcabədi rayon Təzəkənd kənd sakini Muxtarov Şükür Vaqif oğlu məlumat verib.

Ş. Muxtarov bildirib ki, bir neçə gün əvvəl heyvan almaq üçün Bərdə rayon mal bazarına gedib. O, bazardan iri buynuzlu heyvan almaq istəsə də 10 min manat pul itirdiyini iddia edir. Muxtarov bununla bağlı polisə ərizə ilə müraciət edib.

Rayon polis şöbəsində bu istiqamətdə əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

Tural Hüseynli