Yanvar ayının ilk günlərindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb.
Bununla əlaqədar baytar mütəxəssislər köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunublar.
Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər. Biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. Dərman preparatlarının üzərinə qırmızı hərflərlə “satıla bilməz” yazılıb.
Son xəbərlər
Son Xəbərlər