Heyvanlar zooparkdan qaçdı- - Tiflisdə daşqın+5 ölü+Video

heyvanlar-zooparkdan-qacdi-
Oxunma sayı: 5143


“Qafqazinfo”nun RİA Novostiyə istinadən məlumatına görə, su yaşayış evlərini və digər binaların birinci mərtəbələrinə dolub. 

Tiflis küçələri su altında qalıb. Faciə nəticəsində 5 nəfər ölüb, 20-dək vətəndaş yaralanıb. Bundan başqa daha 10 nəfər itkin hesab olunur. 

Daşqının Tiflis zooparkını tamamilə dağıtdığı bildirilir. Vəhşi heyvanlar zooparkdan qaçaraq şəhərin mərkəzinə doğru qaçıblar. Onların tutulması üçün xüsusi təyinatlılar cəlb olunub.    

Tiflis yollarında hərəkət məhdudlaşdırılıb.    

Qeyd edək ki, artıq Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərərgah yaradılıb.