“Heyvanların belə içməyə suyu yoxdur”

heyvanlarin-bele-icmeye-suyu-yoxdur
Oxunma sayı: 2480

"Bu gün Neftçala rayonunda hətta heyvanların belə içməyə suyu yoxdur".

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin iclasında səsləndirib. Deputat bildirib ki, keçən il Prezident həmin rayona su çəkilməsi üçün 5 milyon pul ayırıb:

"Amma proqram icra olunmayıb. Guya bu pula qənaət edilib. Qısa müddətə müvəqqəti kəmər çəkmək olardı. Heyvanlar susuzluqdan qırılır, bostanlar quruyur. Üstəlik də içməli suları da yoxdur. Biz həyəcan siqnalını harada çalmalıyıq? Kürün suyu azalır, quruyur. İran tərəfindən Arazın suyu lazımınca ötürülmür. Başqa yollar nəzərə alınmaqla bu məsələni tezliklə həll etmək lazımdır".

Günel Türksoy