Heyvansevərlərin Abutalıbova qarşı növbəti məhkəməsi

heyvanseverlerin-abutalibova-qarsi-novbeti-mehkemesi
Oxunma sayı: 1245


Bu barədə “Qafqazinfo”ya iddia tərəfi olan heyvansevərlər Elxan Mirzoev və Anar Sülüymanov məlumat veriblər:

“Baki Şəhər İcra Hakimiyyəti qanunsuz olaraq, günün gündüz çağında, uşaqların gözü qabağında sahibsiz heyvanların güllələnməsinə icazə verdiyinə görə , bir qrup heyvansevər tərəfindən məhkəməyə verilib”. 

Nəsimi rayonu, 1 saylı inzibati-iqtisadi məhkəmə binasında keçiriləcək proses sentyabrın 19-u, saat 15:30-a təyin edilib. 

Qeyd edək ki, Azərbaycan 2007-ci  ilin mayında prezident İlham Əliyevin  sərəncamı ilə “Ev heyvanlarının mühafizəsi haqqında” Avropa Konvensiyasına qoşulub. 2011-ci ilin martında isə Azərbaycanın Nazirlər Kabineti sahibsiz heyvanları qoruyan qanun qəbul edib. 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati xəta: 500 manatdan başlayaraq cərimə nəzərdə tutulub.