Hicabsız şəkil çəkdirdiyinə görə həbs edildi

hicabsiz-sekil-cekdirdiyine-gore-hebs-edildi
Oxunma sayı: 5463

Yəməndə həbs edilən 20 yaşlı model Entesar əl-Həmmadi islami geyim qaydalarını pozmaq ittihamı ilə beş il həbs cəzasına məhkum edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Entesar əl-Həmmadi fevral ayında hicabsız çəkdirdiyi fotolara görə həbs olunmuşdu.

Dünən isə şəhər məhkəməsi 20 yaşlı modellə bağlı qərar verib.

Modelin vəkili bildirib ki, müvəkkili fevral ayından bəri müxtəlif zorakılığa və irqçi hücumlara məruz qalır. 

Vəkilin sözlərinə görə, modelə məcbur “narkotik istifadə etmək”, “fahişəlik” də daxil olmaqla bir neçə cinayəti etiraf etdiriblər. O vurğulayıb ki, prokurorlar bu cinayətləri qəbul etmədiyi təqdirdə onu bakirəlik testi tətbiq edəcəkləri ilə təhdid ediblər.

Qeyd edək ki, Entesar əl-Həmmadi sosial şəbəkələrdə paylaşdığı fotoları ilə məşhur olub.