Hicran Kərimli vəfat etdi

hicran-kerimli-vefat-etdi
Oxunma sayı: 9261

İstiqlalçı deputat Hicran Kərimli 58 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Millət vəkili kimi fəaliyyətindən sonra Rusiyada yaşayan H.Kərimli elə Moskvada dünyasını dəyişib.

Xatırladaq ki, H. Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvanın Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilib.