Hidayət Heydərov Avropa çempionu oldu - Yenilənib

hidayet-heyderov-avropa-cempionu-oldu
Oxunma sayı: 5758

Sofiyada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında -73 kq çəkidə yarışan cüdoçumuz Hidayət Heydərov finala çıxıb.

“Qafqazinfo” xəbər verir ki, finalda onun rəqibi italyan Esposito Qiovanni olacaq.

Qeyd edək ki, eyni çəkidə yarışan digər cüdoçumuz Rüstəm Orucov təsəlliverici mərhələ bürünc medal uğrunda mübarizə aparacaq. Bu mərhələdə Rüstəmin rəqibi rumıniyalı Raiçu Aleksandrudur.

***

Hidayət Heydərov Avropa çempionatında qızıl medal qazanıb.

Qızıl xal bölümündə qalib gələn Heydərov Avropa çempionu olub.

Rüstəm Orucov isə bürünc medal görüşünə çıxıb. Rəqibini məğlub edən Orucov Avropa üçüncüsü olub.