İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
“Qafqazinfo” xəbər verir ki, yarışa Davud Məmmədsoyun sayəsində 1 qızıl medalla başlayan Azərbaycan yığmasının daha üç üzvü bu gün tatami üzərinə çıxacaq.
Bunlar Telman Vəliyev, Hidayət Heydərov, Zelim Tskayevdir.
Kişilər
73 kq
Telman Vəliyevin 1/16 finalda rəqibi Likas Rayter (Avstriya) olacaq.
81 kq
Zelim Tskayev mübarizəyə 1/16 finaldan başlayacaq. O, Ben Haroçla (İsrail) qarşılaşacaq. Hidayət Heydərov isə 1/8 finalda Marsel Çerçea (Rumıniya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarışa fevralın 20-də yekun vurulacaq.
Son xəbərlər
Son Xəbərlər