Hidayət Heydərovun potensial rəqibi Olimpiadadan qovuldu

hidayet-heyderovun-potensial-reqibi-olimpiadadan-qovuldu
Oxunma sayı: 7990

Azərbaycan cüdoçusu Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında 73 kq dərəcəsində 1/8 finaldakı potensial rəqiblərindən olan əlcəzairli Dris Messaud turnirdən qovulub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Səbəb isə onun artıq çəkisinin olmasıdır. 

Belə ki, 1/16 finalda israilli Tohar Bitbulla qarşılaşmalı olan Messaudun çəkisi 73 kq-dan çox olub. Bu səbəbdən o, yarışa buraxılmayıb. Nəticədə Bitbul mərhələ adlayaraq, Hidayət Heydərova rəqib olub.

Olimpiadada cüdo yarışı bu gün saat 12:00-da başlayacaq.