Hidayət Orucov Argentinalılarla görüşdü

hidayet-orucov-argentinalilarla-gorusdu
Oxunma sayı: 823

Qurumun mətbuat xidmətindən qafqazinfoya daxil olan məlumatda bildirilir ki, görüşdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri – Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının katibi Mefodi, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov, Avropa yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal və Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete iştirak ediblər.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan tarixən tolerant ölkə olub, buradan heç bir dinin, yaxud xalqın nümayəndəsi başqa yerə zorla köçürülməyib. Təsadüfi deyildir ki, yəhudilər 2600, xristianlar isə 2000 ildir ölkəmizdə mehriban şəraitdə yaşayırlar. Dövlətimiz bütün dinlərin mənsublarına eyni şərait yaradır və etiqad azadlığını yüksək səviyyədə qoruyur. “Azərbaycanda bütün dinlərin bayramları ümumxalq bayramı kimi qeyd edilir”, – deyən Hidayət Orucov qeyd etmişdir ki, artıq regionu yaxından tanıyan araşdırmaçılar və politoloqlar Azərbaycanın tezliklə bütün dünyaya neftlə yanaşı, özünün tolerantlıq ənənələrini də ixrac etməyə başlayacağına əminliklərini vurğulayırlar.

Sonra çıxış edən din xadimləri ölkəmizdə dilindən, dinindən asılı olmayaraq, bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışlar. Diqqətə çatdırılmışdır ki, Azərbaycan bütün din mənsublarının mehriban qonşuluq şəraitində yaşadığı, bir-birinə əl tutduğu unikal ölkədir. Bu, həm dövlətimizin apardığı doğru siyasətin, həm də xalqın özünün tarixən formalaşmış tolerantlıq mədəniyyətinin nəticəsidir.