Hidayət və Rüstəm mübarizəyə başlayır

hidayet-ve-rustem-mubarizeye-baslayir
Oxunma sayı: 1520

Bu gün Azərbaycanın daha 11 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə qoşulacaq.

“Qafqazinfo” xəbər verir ki, ikinci yarış günündə 73 və 81 kq çəki dərəcələrində kişi idmançılar, 63 və 70 kq-da isə qadınlar qüvvəsini sınayacaq.

Yarışın ilk günündə Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medal qazanıb.

Kişilər

73 kq

1/16 final. Rüfət Məmmədov - Ryo Tsukamoto (Yaponiya)

1/16 final. Telman Vəliyev - Lukas Vennokold (Almaniya)

1/8 final. Hidayət Heydərov - Mixel Adam (Almaniya) / Kornel Andries (Moldova) cütünün qalibi

1/8 final. Rüstəm Orucov - Uranbayar Odgerel (Molqolustan) / Ken Oyoşi (Yaponiya) cütünün qalibi

81 kq

1/8 final. Elcan Hacıyev - Xaknazar Nazarov (Tacikistan) / Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi

1/16 final. Ömər Rəcəbli - Zebeda Rexviaşvili (Serbiya)

1/16 final. Hasil Cəfərov - Giqa Giqauri (Gürcütan)

1/16 final. Kərim Məmmədov - Murrentsen Battulqa (Monqolustan)

Qadınlar

63 kq

1/8 final. Aytac Qardaşxanlı - Qabriella Moraes (Braziliya)

70 kq

1/8 final. Südabə Ağayeva - Utana Terada (Yaponiya)

1/4 final. Günel Həsənli - Lara Çvetko (Xorvatiya).