Hiddink yekun qərarını verdi

hiddink-yekun-qerarini-verdi-
Oxunma sayı: 650

Rusiyanın “Sovetskiy sport” nəşrinin məlumatına görə, hollandiyalı çalışdırıcı Türkiyə yığmasının baş məşqçisi postundan ayrılandan sonra “Anji” rəhbərliyinin təklifinə cavab vermək üçün müəyyən vaxt istəmişdi. Artıq Quus Hiddink klub rəhbərliyinə yekun qərarını çatdırıb.

Xatırladaq ki, Quus Hiddink Türkiyə yığmasından uğursuz oyunlar silsiləsindən sonra noyabrın 16-da istefaya göndərilmişdi. Baş məşqçi karyerası ərzində Cənubi Koreya, Avstraliya, Rusiya kimi komandaları uğurla çalışdırsa da Türkiyədə uğursuzluğa düçür olub.