Hikmət Hacıyev Bərdədə diplomatlar ola-ola şəhərin vurulmasından danışdı

hikmet-haciyev-berdede-diplomatlar-ola-ola-seherin-vurulmasindan-danisdi
Oxunma sayı: 4556

Prezidentin köməkçisi Hikmət Hacıyev hazırda diplomat korpusla birgə Bərdə rayonunda olarkən oranın Ermənistan tərəfindən atəşə tutulmasına münasibət bildirib.

Hikmət Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu, Ermənistan cinayətlərinin həddi-hüdudunun olmadığını göstərir: 

“Onlar hətta diplomatik korpusu, digər ölkələrin diplomatlarını, vətəndaşlarını da təhlükə altına qoya biləcək xəyanətkar, alçaq əməlləri həyata keçirə bilərlər. Amma diplomatların bura gəlməsi könüllüdür, biz onları məcbur edə bilmərik. 

Onlara təklif etmişik ki, bu cinayəti beynəlxalq ictimaiyyətə göstərmək istəyirik, əgər iştirak etmək istəyirsinizsə, buyurun. İndi biz Tərtər şəhərinə gedirik, diplomatlara da təklif etdik və müəyyən risklərin də olduğunu bildirdik. Dedik, kim getmək istəmirsə, Bərdədə qala bilər. Amma onların hamısı getmək istəyir”.

Emin Səfərov

Pərvin Zeynal