Hikmət Hacıyev İsrail həkimlərinə təşəkkür etdi

hikmet-haciyev-israil-hekimlerine-tesekkur-etdi
Oxunma sayı: 1341

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev​ qazilərə tibbi yardım göstərən İsrail həkimlərinə və səfirliyinə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz tvitter hesabında yazıb.

Hikmət Hacıyev gözündən yaralanan qazi Samir Çobanova İsrail həkimləri tərəfindən protez göz yerləşdirilməsi ilə bağlı videonu paylaşaraq bu fikirləri qeyd edib:

“Belə möhtəşəm bir hekayə. İsraildən olan həkim heyətinə və İsrail səfirliyinə yaralı əsgər və zabitlərimizə oftalmologiya sahəsində göstərdikləri tibbi dəstəyə görə təşəkkür edirik. Bu, həm də ölkələrimiz arasındakı dostluğun əlamətidir. Kim bir həyatı qurtararsa, dünyanı da qurtarar”.

Qeyd edək ki, martın 1-də “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib. Həkimlər  gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirirlər.