Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşdü - Fotolar

hikmet-haciyev-nato-bas-katibinin-muavini-ile-gorusdu
Oxunma sayı: 1883

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Səfər çərçivəsində Hikmət Hacıyevin NATO baş katibinin müavini Mirça Geoana ilə görüşü baş tutub.

Bildirilib ki, görüşdə Azərbaycan – NATO əməkdaşlığı müzakirə olunub.