Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfirini qəbul etdi

hikmet-haciyev-pakistanin-olkemizdeki-sefirini-qebul-etdi
Oxunma sayı: 1259

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda səfir “X” hesabında yazıb.

“2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”- Q. Mohiuddin bildirib.