Hikmət Hacıyev Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşdü

hikmet-haciyev-qarabaga-sefer-etmis-ecnebi-seyyahlarla-gorusdu
Oxunma sayı: 1380

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Hikmət Hacıyev tviter hesabında paylaşım edib.

““Ən çox səyahət edən insanlar” klubunun üzvləri ilə görüşdən, onları salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olub, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Onlar həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran qaləblar”, - Hikmət Hacıyev qeyd edib.