Hikmət Hacıyev Şıxarxdan video paylaşdı

hikmet-haciyev-sixarxdan-video-paylasdi
Oxunma sayı: 4219

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında Şıxarx qəsəbəsindən video paylaşıb.

“Qafqazinfo”nun xəbərinə görə, Hikmət Hacıyev bu fikirləri qeyd edib:

“Tərtər rayonu Şıxarx qəsəbəsi. 44 günlük müharibədə Ermənistan məcburi köçkünlər üçün tikilmiş bu yaşayış məntəqəsini intensiv şəkildə fərq qoymadan atəşə məruz qoyub. Diplomatik korpusun nümayəndələri Ermənistanın amansız raket və artilleriya hücumlarının nəticələrinin şahidi oldular”.