“Hikmət Hacıyev və Armen Qriqoryanla yaxşı müzakirələr apardıq” - Klaar

hikmet-haciyev-ve-armen-qriqoryanla-yaxsi-muzakireler-apardiq
Oxunma sayı: 1652

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan rəsmiləri ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Tviter hesabında bildirib.

“Azərbaycanla Ermənistanın xarici işlər nazirləri, eləcə də, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla yaxşı müzakirələr apardıq. Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında təması tam dəstəkləyir”, - Klaar qeyd edib.