ABŞ-da ötən il prezident seçkilərində Donald Trampa məğlub olan Hilari Klinton seçki gedişatı haqqında kitab qələmə alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Nə oldu?” adlı kitabda FBİ tərəfindən özü haqqında aparılan istintaq, seçkilərdə Rusiyanın rolunun olub-olmadığı və seçkilərdə necə məğlub olması haqqında məlumatlar yer alıb.
Klinton deyib ki, bütün məlumatları dürüstlüklə yazıb.
Kitabın 12 sentyabrda satışa çıxacağı gözlənilir. Kitabın satışından əldə olunacaq gəlirin isə siyasətçi olmaq istəyən gənc qızların təhsil almasına xərclənəcəyi bildirilir.

Son xəbərlər
Son Xəbərlər