Hillari Klinton Gürcüstan vətəndaşı oldu

hillari-klinton-gurcustan-vetendasi-oldu-
Oxunma sayı: 642

“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, Saakaşvili ABŞ-ın gənc gürcü demokratiyasını dəstəklədiyi üçün Hillari Klintona təşəkkürünü bildirib. Görüş zamanı Hillari Klinton bildirib ki, payızda Gürcüstanda baş tutacaq parlament seçkiləri ölkədə demokratik islahatların keçirildiyini sübut etmək üçün yaxşı imkan olacaq.

“Gürcüstan inqilabdan sonra demokratiyanın möhkəmləndirilməsi üçün uğurlu və vacib addımlar atıb. İndi isə ədalətli, şəffaf seçki keçirilməsi yolu ilə ölkədə demokratiyanın və hakimiyyətin qanuni olduğunu nümayiş etdirmək lazımdır. Bütün namizədlər və partiyalar xalqın seçimini dəstəkləməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, mətbuat konfrasında Mixail Saakaşvili Hillari Klintona Gürcüstan pasportunu təqdim edib.