Hillari Klinton özünə yeni iş tapıb

hillari-klinton-ozune-yeni-is-tapib
Oxunma sayı: 1406

ABŞ-ın sabiq birinci xanımı, keçmiş dövlət katibi Hillari Klinton qızı Çelsi Klintonla bərabər prodüser şirkəti açmaq qərarına gəlib.

“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, sözügedən şirkət film və televiziya proqramlarının istehsalı ilə məşğul olacaq.

Qeyd edilir ki, Klintonlar layihələrinə maliyyə almaq üçün artıq kinostudiyalarla danışıqlar aparıb.

Mənbə bildirir ki, onlar qadınlara həsr olunmuş layihələrə prodüserlik etməyə fokuslanıb.