“Qafqazinfo”nun məlumatına görə,o, ilk mitinqini New- Yorkda keçirib. Seçki kampaniyası çərçivəsində reallaşan mitinqdə ona keçmiş prezident, həyat yoldaşı Bill Klinton və qızı Çelsi Klinton dəstək verib.
2016-cı il prezident seçkilərində ən iddialı namizəd olan Klinton mitinqə ölən anası Dorothy Rodhamın kiçik hekayəsi ilə başlayıb. Mitinqdə xeyli sayda vətəndaş iştirak edib.
Klinton çıxışında orta təbəqənin rifahı istiqamətində işlər görəcəyini, ölkə iqtisadiyyatını daha da yaxşılaşdıracağını bildirib.
O, demokratyiyanın milyaderlər və şirkətlər üçün olmadığını vurğulayıb.
Qeyd edək ki, Klintonun seçkilərə qatılacağını bilən Obama onun namizədliyini dəstəklədiyini açıqlamışdı. Lakin respublikaçılar sərt şəkildə buna etirazlarını bildirdilər, hətta sosial şəbəkədə “Hillarini dayandırın”şüarı ilə kampaniyaya başlayıblar.
Son xəbərlər
Son Xəbərlər