Hillarinin keçmişi ilə bağlı qalmaqal - 12 yaşlı qıza təcavüz edən...

hillarinin-kecmisi-ile-bagli-qalmaqal
Oxunma sayı: 3268

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun keçmişi ilə bağlı xarici mediada qalmaqallı məlumat dərc olunub.

Qafqazinfo” xəbər verir ki, Klintonun karyerasının ilk dövrlərində məhkəmədə pedofilin müdafiəçisi olduğu iddia edilir. Bu, indiki prezidentliyə namizədin praktikasındakı ilk cinayət işi olub.

Amerika mətbuatı müəyyən edib ki, Hillari 1975-ci ildə məhkəmədə 12 yaşlı qıza təcavüzdə ittiham edilən kişini müdafiə edib. Həmin prosesin iştirakçılarının sözlərinə görə, Klinton məhkəmədə zərərçəkmiş şəxsin psixiatriya müayinəsindən keçməsini və qızın alt paltarının ekspertizasını tələb edib.

Zərərçəkən özü isə bildirib ki, Hillari böhtan ataraq onu “qeyri-stabil emosiyalı” şəxsiyyət və “özündən böyük kişilərin fantaziyasını quran” adlandırıb.

Sonunda isə Klinton istəyinə nail olur və müdafiə etdiyi şəxs cəmi 1 il azadlıqdan məhrum edilir.