“Hilton”dan 2 milyona ev alanlara...

hiltondan-2-milyona-ev-alanlara
Oxunma sayı: 2739


“Qafqazinfo” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə yazıb.

Ekspert qeyd edib ki, mənzil satan bilir ki, cəmi 2-3 ildən sonra bu mənzilin qiyməti azı 5-6 dəfə ucuz olacaq: “Mənim bu mənzili alana yazığım gəlir. Ümumiyyətlə, Bakıda bütün qiymətlər son illərdə havayı neft pulları və korrupsiyaya görə xeyli şişib. Daşınmaz əmlak qiymətləri isə lap ağını çıxarıb, nə məntiqi, nə də yatırım cazibəsi var. Yeni binalar tikən şirkətdə işləyən bir tanışım deyir ki, ölkədə korrupsiya və inhisarçılıq olmasa binalardakı mənzilləri hər kv/metri yerindən asılı olaraq 250-350 manat arası satmaq olardı. Qiymətlərin yarıdan çoxunu məhz korrupsiya və inhisarçılıq təşkil edir. Onu da qeyd edim ki, Mayamidə bu qiymətə ümumi sahəsi 2000 kv/metr olan 3 villa almaq olar”.

Günel