“Himnimizin əvəzinə Rəmişin diskini vermişdi” - Qara Qarayev+Video

himnimizin-evezine-remisin-diskini-vermisdi
Oxunma sayı: 2437

“Qarabağ” və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev AFFA-nın feysbuk səhifəsindəki “Sualla zərbə” rubrikasının qonağı olub.

Qafqazinfo” xəbər verir ki, Qarayev rubrikada U-19 yığmasında çıxış edərkən başına gələn maraqlı hadisədən danışıb: 

“Bosniya və Herseqovina millisi ilə elit-raundda Bakıda oynayırdıq. Onlar dövlət himnimizi istəmişdilər. Komandamızda Elxan dayı var. O da səhvən himnimizin əvəzinə Rəmişin diskini vermişdi. Diski qoyanda “Can ay Rəmiş”lə başladı. Bizi də gülmək tutdu. Elxan dayı səhvini düzəltdi”.