Hind okeanında 6,2 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Yəmənin Hadiboh şəhərindən 406 kilometr uzaqlıqda qeydə alınıb.
Zəlzələ ocağı yerin on kilometr dərinliyində olub.
Dağıntı və insan tələfatı ilə bağlı məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər