Hindarx qəsəbəsində ölümlə nəticələnən qəza oldu - Video

hindarx-qesebesinde-olumle-neticelenen-qeza-oldu
Oxunma sayı: 3744

Hindarx qəsəbəsində ölümlə nəticələnən yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, iyul ayının 6-da saat 20 radələrində Ağdam-Ağcabədi yolunun Hindarx qəsəbəsi hissəsindən keçən hissəsində Şuşa rayon sakini, 2001-ci il təvəllüdlü Şamil Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanan iki avtomobillə toqquşub, daha sonra yolun kənarında olan piyada 1955-ci il təvəllüdlü Mahir Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.