Hindistan ballistik raketi sınaqdan keçirdi

hindistan-ballistik-raketi-sinaqdan-kecirdi
Oxunma sayı: 962

Hindistan öz istehsalı olan orta mənzilli yer-yer tipli “Prithvi-II” raketini uğurla sınaqdan çıxarıb.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, raket Odişa ştatında Çandipur poliqonundan buraxılıb.

Yer-yer tipli “Prithvi-II” raketi 500 kq – 1 ton ağırlıqda döyüş başlıqları daşıya bilir. Hərəkət məsafəsi 350 km, çəkisi 4,6 tondur.

Raket Hindistanın müdafiə tədqiqatları ilə məşğul olan təşkilatı tərəfindən hazırlanıb.