Hindistanın baş naziri Narendra Modi İranda işgüzar səfərdədir.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, N. Modi İranın ali dini lideri Əli Xamneyi və prezident Həsən Ruhani ilə görüşəcək.
Modi İranın Çabahar limanından istifadəni nəzərdə tutan İran, Hindistan və Əfqanıstan arasında tranzit koridoru ilə bağlı üçtərəfli müqavilə imzalamağı planlaşdırır.
Qeyd olunur ki, bu, Hindistan baş nazirinin hakimiyyətdə olduğu 2 il ərzində ilk dəfə İrana işgüzar səfəridir.
Son xəbərlər
Son Xəbərlər