Hindistan buğda ixracına qadağa qoydu

Hindistan buğda ixracına qadağa qoydu
Oxunma sayı: 1877

Hindistan buğda ixracına qadağa qoyub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət üzrə Baş İdarəsi yayıb. 

Məlumata görə, belə bir qərar dünyada buğda qiymətlərinin qəfil artması fonunda daxili qiymətlərin artımına nəzarət tədbirləri çərçivəsində qəbul edilib.