Hindistan millisi Bakıdakı DÇ-dən imtina edə bilər

hindistan-millisi-bakidaki-dc-den-imtina-ede-biler
Oxunma sayı: 2279

Taekvondo üzrə Hindistan millisi Bakıda keçiriləcək dünya çempionatından imtina edə bilər.

“Qafqazinfo” xəbər verir ki, Hindistanda iki fərqli qurumun taekvondo federasiyasına rəhbərlik etmək istəyi vəziyyəti çıxılmaz hala salıb.

Bakıdakı dünya çempionatı ilə eyni vaxtda Asiya Oyunlarının seçim sınaqları olacaq.

Hindistanın Taekvondo Federasiyası yerli Gənclər və İdman Nazirliyi, eyni zamanda Hindistanın İdman İdarəsi tərəfindən seçimlərə qatılmaq icazəsi alıb. Federasiya indi Asiya Oyunları ilə dünya çempionatı arasında seçim etməli olacaq. Digər ehtimal əsas heyətin bir yarışa, ehtiyat qüvvənin isə digər turnirə yollanmasıdır.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.