Hindistan və Pakistan sərhədində ötən aydan bəri davam edən gərginlik növbəti ölümlərə səbəb olub.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Pakistan ordusu Hindistan tərəfinin açdığı atəş nəticəsində 2 sivilin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.
Bundan sonra cavab atəşi açıldığı bildirilib. Qarşı tərəfin itkilərin olub-olmaması hələlik məlum deyil.
Xatırladaq ki, 10 gün öncə baş verən qarşıdurma nəticəsində 4 Pakistan və 3 Hindistan vətəndaşı ölmüş, 2 pakistanlı isə yaralanmışdı.
Qeyd edək ki, 26 fevralda Hindistanın iki qırıcısı Pakistanın hava məkanını pozduğu üçün vurulub. Bundan sonra Hindistan Pakistanın bir təyyarəsini yerə salıb. Bu hadisələrdən sonra iki ökə arasında gərginlik pik həddə çatıb.
Son xəbərlər
Son Xəbərlər