Kəşmirdə Hindistan və Pakistanın silahlı qüvvələri arasında yenidən qarşıdurma yaranıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə Pakistan hərbçiləri Aknur bölgəsini atəşə tutublar. Daha sonra Hindistan buna cavab olaraq Pakistanın pilotsuz təyyarəsini vurub. Silahlı insident 3 saat davam edib.
Hindistan tərəfindən ölən və yaralananların olmadığı açıqlanıb.
Son xəbərlər
Son Xəbərlər