Hindistan səfiri Bakı Ali Neft Məktəbində - Foto

hindistan-sefiri-baki-ali-neft-mektebinde
Oxunma sayı: 658

Bakı Ali Neft Məktəbində (BANM) Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüş keçirilib.  

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq Bakı Ali Neft Məktəbinin kampusu, laboratoriyaları, tədris otaqları, konfrans və idman zalları ilə tanışlıq olub.

Görüşdə, qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də təhsilə cəlb olunması kimi məsələlər müzakirə olunub.

BANM-in Tədris və elmi işlər üzrə prorektor Ali Məktəbin fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi rol oynadığını və yarandığı gündən etibarən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan prorektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümkünlüyünü bildirib. 

Səfir Bavitlunq Vanlalvavna səslənən təklifləri yüksək dəyərləndirərək hindistanlı gənclərin BANM-də təhsil alması üçün dəstəyə hazır olduqlarını qeyd edib.