Hindistan səfiri BANM-də

hindistan-sefiri-banm-de
Oxunma sayı: 726

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru  Elmar Qasımov Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana ilə görüşüb.

BANM-dən "Qafqazinfo"ya verilən məlumata görə, E. Qasımov Ali Məktəbin yarandığı gündən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Yaxın vaxtlarda BANM-də “Hindistan neftinin atası” sayılan azərbaycanlı neftçi-alim Eyyub Tağıyevə həsr olunmuş tədbirin keçirilməsi təklifini irəli sürüb. 

Səfir S. Rana Hindistan ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açıb, təhsil sahəsində inkişafın əhəmiyyətini vurğulayıb. Səfir Hindistanın neft-qaz şirkətlərinin Azərbaycandakı fəaliyyətindən də danışıb. 

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də Ali Məktəbin təqaüdü hesabına təhsili və digər məsələlər müzakirə olunub.