Hindistan səfiri BANM-də

hindistan-sefiri-banm-de
Oxunma sayı: 843

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Sancay Rana BANM-də professor-müəllim heyəti, tələbələr və əməkdaşlar üçün “Dr. B.R. Ambedkar: Hindistan konstitusiyasının banisi və onun ölkənin yoxsul təbəqəsi və qadınların azadlığına istiqamətlənən vətəndaş hüquqlarında rolu” adında təqdimat keçirib.

"Qafqazinfo" xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov səfir və onun diplomatik karyerası haqqında tədbir iştirakçılarına qısa məlumat verdi və təqdimatın dünyanın ən böyük və gözəl ölkələrindən biri olan Hindistanın özünəməxsus mədəniyyətini və zəngin tarixini öyrənməkdə tələbələrə kömək edəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə çıxış edən səfir Dr. Bim Rao Ambedkar və onun peşəkar və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Səfir Azərbaycan və Hindistan arasındakı yaxın dostluq münasibətləri haqqında məlumatları bölüşdü.