Hindistan vətəndaşlarını aldadan pakistanlı Bakıda tutuldu - Foto

hindistan-vetendaslarini-aldadan-pakistanli-bakida-tutuldu
Oxunma sayı: 2070

Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin Bakıda keçirdiyi tədbirlərlə Azərbaycana gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb. O guya zərərçəkənlərə ABŞ-yə getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.