Hindistan XİN rəhbəri Bakıya gəlir

hindistan-xin-rehberi-bakiya-gelir
Oxunma sayı: 1067

Hindistanın Xarici işlər naziri Suşma Svaraj Azərbaycana rəsmi səfərə gələcək.
 
“Qafqazinfo” xəbər verir ki, APA-nın diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, xanım S. Svaraj 4-6 aprel tarixlərində Bakıda olacaq.
 
Rəsmi səfər çərçivəsində S. Svarajın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü nəzərdə tutulub. Qonaq aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında da iştirak edəcək.