Hindistanın Orissa ştatında yaxınlaşmaqda olan “Fani” siklonu səbəbindın 1 milyon insanın təxliyyəsinə başlanılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Benqal körfəzindən yaxınlaşan qasırğa Hindistana cümə günü çatacaq. Saatda 200 kilometr sürətlə əsən küləyin Orissada 2014-cü ildən müşahidə edilən ən güclü siklon olacağı bildirilib. Sahilboyu ərazilərdə yaşayan 150 min sakin artıq köçürülüb.
Səhərədək digər insanların da köçürülməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər