Hindistanda 50 dərəcə isti- - 800 ölü

hindistanda-50-derece-isti-
Oxunma sayı: 2160


“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin cənub əyalətlərində ötən ayın ortasından bu yana hökm sürən isti hava can almağa davam edir. Həddindən artıq istilərdən ən çox Hindistanın cənubundakı Andra Pradeş şəhəri təsirlənib,  hava istiliyi 48 dərəcəyə çatarkən son bir həftə içində 551 adamın öldüyü qeyd olunub. 

Son verilən məlumata görə, ölkə ətazisində ölü sayı 800 nəfərə çatıb. Hindistan Meteorologiya Dairəsi vətəndaşlara isti hava səbəbindən diqqətli olmağı tövsiyyə edib.

İsti havanın təsirli olduğu şəhərlərdə qır yollar əriyib, xalq sərinləmək üçün parklardaki bəzək hovuzlarına girib. Günəş yanmasından şikayətçi olan vətəndaşların xəstəxanalara müraciəti artıb. 

“Hindistan Times” qəzetində  çıxan xəbərə görə, bazar ertəsi günü paytaxt Yeni Dehlidəə hava istiliyi 45 dərəcəyə çıxaraq son iki ilin rekordu olub.

Musson mövsümünün yaşandığı ölkədə yağışın ay sonunda cənub əyaləti Keralaya gəlməsi gözlənilir. Ancaq yağışların şimaldakı quraq əyalətlərə çatmasının həftələr alacağı qeyd edilib.