Hindistanda atəşfəşanlıq zamanı 15 nəfər öldü

hindistanda-atesfesanliq-zamani-15-nefer-oldu
Oxunma sayı: 1350

Hindistanın Pəncab əyalətində dini mərasimdə atəşfəşanlıq zamanı partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 15 nəfər dünyasını dəyişib. Daha 11 nəfər isə yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Hadisə fişənglərin birindən çıxan qığılcımın pirotexniki vasitələr olan qutunun üzərinə düşməsi nəticəsində baş verib.