Hindistanda avtobus aşdı, 43 ölü, 37 yaralı

hindistanda-avtobus-asdi-43-olu-37-yarali
Oxunma sayı: 734

Hindistanın Himaçal-Pradeş ştatında sərnişin avtobusu dərəyə aşıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində 43 nəfər ölüb, 37 nəfər yaralanıb.

Hadisə Kullu rayonunda baş verib. Avtobus Bancar şəhərindən Qadaquşaniyə hərəkət edirmiş.