Hindistanda avtobus çaya düşdü - 13 nəfər öldü

hindistanda-avtobus-caya-dusdu
Oxunma sayı: 1064

Hindistanın Maharaştra əyalətində sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində Narmada çayına düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb.

Avtobusda 55 sərnişinin olduğu bildirilib. Xilas edilən 15 nəfərdən 7-nin vəziyyətinin ağır olduğu qeyd olunub.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.