Hindistanın şimalında avtobus çaya yuvarlanıb, nəticədə 44 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, avtobusda cəmi 50 sərnişin olub.
Qeyd edək ki, normadan artıq yüklənmə, yolların pis vəziyyətdə olması və sürücülük qaydalarına əməl edilməməsi Hindistanda tez-tez yol qəzalarına səbəb olur. Rəsmi statistikaya görə, yol qəzalarında hər gün təxminən 400 insan həlak olur.
Son xəbərlər
Son Xəbərlər