Hindistanda bina uçdu - 13 yaralı, 3 itkin

hindistanda-bina-ucdu
Oxunma sayı: 709

Hindistanın Badcanpur rayonunun Yeni Dehli şəhərində binanın uçması nəticəsində azı 13 nəfər yaralanıb.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, azı 3 nəfər itkin düşmüş hesab olunur.

Uçan binada təmir işləri aparılırmış.

Hazırda xilasedicilər dağıntıları aradan qaldırır, xəsarət alanların ümumi sayı dəqiqləşdirilir.