Hindistanda bina uçub, ölü və yaralılar var

hindistanda-bina-ucub-olu-ve-yaralilar-var
Oxunma sayı: 870

Hindistanın qərbində, Əhmədabad şəhərində yaşayış binası uçub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə bir nəfər ölüb, dörd nəfər yaralanıb. 

Dördmərtəbəli binanın uçmasına səbəb ötən həftənin sonlarından yağan leysan yağışları olub. On iki saat davam edən xilasetmə əməliyyatının nəticəsində dağıntılar altından bir nəfərin cəsədi tapılıb.