Hindistanda bu ay istidən 300 nəfər ölüb

hindistanda-bu-ay-istiden-300-nefer-olub
Oxunma sayı: 705

Aprelin əvvəllindən bu günə kimi Hindistanda istidən ölənlərin sayı 300-ü keçib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Teleqana ştatında isti hava şəraitindən 137, Odişedə 119 nəfər ölüb. Bihar ştatında isə isti və yanıq xəsarətlərindən 66 insan dünyasını dəyişib. Orta tempratur 42 dərəcə səviyyəsinə qalxdıqda Bihar hökuməti səhər saat 9-dan 18-ə kimi ocaqda yemək hazırlanmasını qadağan edib. Bundan başqa, odla bağlı rituallar, məhsul yığımından sonra sahənin yandırılması da qadağan edilib.

Qeyd edək ki, rəsmi statistikaya görə ötən il Hindistanda istidən 2135 nəfər ölüb.