Hindistanda daha bir rekord yoluxma

Hindistanda daha bir rekord yoluxma
Oxunma sayı: 768

Hindistanda ötən gün ərzində 97,8 mindən çox insanda koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” Hindistan KİV-nə istinadən xəbər verir ki, bununla ölkədə günlük yoluxma sayında yeni rekord qeydə alınıb. Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 5 milyon 118 min 253-ə çatıb.

Yoluxma sayına görə hazırda Hindistan dünya ölkələri arasında 2-ci yerdə qərarlaşıb.

Ölkə üzrə bu günə qədər 83 min 230 insan xəstəlik səbəbindən həyatını itirib, 4 milyon 25 min 79 pasiyent isə müalicə olunaraq sağalıb.